Nazim Babayev “Tokio 2020”yə lisenziya qazandı

  20 Fevral 2020    Oxunub : 2097
 Nazim Babayev “Tokio 2020”yə lisenziya qazandı
Avropa çempionu Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində iştirak edib.
Azvision.az xəbər verir ki, yarışda üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 17,15 metr nəticə göstərərək ikinci olub.

Yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından N.Babayev bu nəticə ilə “Tokio 2020”yə lisenziya qazanıb.

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medala sahib olub.

Azvision.az

Teqlər: Olimpiada   Medal