Paracüdoçularımız Britaniya Qran-Prisinə hazırlaşır

  19 Fevral 2020    Oxunub : 1405
Paracüdoçularımız Britaniya Qran-Prisinə hazırlaşır
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo üzrə milli komandası Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışında iştirak edir.
Azvision.az AMPK-yə istinadən xəbər verir ki, baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi altında keçən hazırlıq martın 3-dək davam edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 8–13-də Böyük Britaniyanın Nottinqem şəhərində keçiriləcək Qran-Priyə hazırlıq məqsədi daşıyır.

Azvision.az

Teqlər: Paracüdo