Çempionlar Liqasında gecənin nəticələri - VİDEO

  19 Fevral 2020    Oxunub : 1135
Çempionlar Liqasında gecənin nəticələri - VİDEO
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. “Atletiko” öz meydanında “Liverpul”u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Digər görüşdə isə PSJ səfərdə "Borussiya"ya 1:2 hesabı ilə uduzub.



Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə daha iki görüş keçiriləcək. "Atalanta" evdə "Valensiya"nı, "Leyptsiq" isə "Tottenhem"i səfərdə qəbul edəcək.

Hər iki oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Kənan Məmmədov
Azvision.az

Teqlər: UÇL   Futbol