Kasilyas futbolçu karyerasını başa vurdu

Kasilyas futbolçu karyerasını başa vurdu
  19 Fevral 2020    Oxunub:1874
Portuqaliyanın “Portu” klubunun qapıçısı İker Kasilyas futbolçu karyerasını başa vurub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Jorje Nunu Pinto bildirib. Onun sözlərinə görə, Kasilyas özü də bununla bağlı açıqlama verəcək.

Qeyd edək ki, təcrübəli qapıçı İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Azvision.az


Teqlər: İkerKasilyas  





Xəbər lenti