Ramil Şeydayev rəsmən “Sabah”da
Qeyd edək ki, Ramil Şeydayev futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O, daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.
Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.
Azvision.az
Teqlər: Ramil-Şeydayev Futbol