Azərbaycan “Tokio 2020”yə daha bir lisenziya qazandı

Azərbaycan “Tokio 2020”yə daha bir lisenziya qazandı
  17 Fevral 2020    Oxunub:2260
Azərbaycan karateçisi İrina Zaretska (67 kq) Dubayda Karate1 Premyer Liqa turnirinin bürünc medalını qazanmaqla həm də "Tokio 2020" Olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.
Azərbaycan Milli Karate Federasiyasından Azvision.az -a verilən məlumata görə, karateçimiz Tokio Yay Olimpiya Oyunlarında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarışacaq.

Qeyd edək ki, İrina Zaretska Dünya Karate Federasiyasının (WKF) reytinq cədvəlinin və Olimpiya reytinq cədvəlinin lideridir. Bu nəticəyə baxmayaraq, İ.Zaretska hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq. Digər təmsilçimiz Rafael Ağayevə isə Olimpiya lisenziyası almaq üçün 3 qələbənin reytinq xalları bəs edir.

Azərbaycan karateçilərini fevralın 28-dən martın 1-dək Avstriyanın Zalsburq şəhərində mövsümün üçüncü Karate1 Premyer Liqa turniri gözləyir.

Azvision.az



Teqlər: Karate   Yarış  





Xəbər lenti