“Real Madrid” səfərdə xal itirdi

“Real Madrid” səfərdə xal itirdi
  17 Fevral 2020    Oxunub:2157
İspaniya La Liqasında 24-cü tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son görüşündə “Real Madrid” səfərdə “Selta Viqo” komandasının qonağı olub. Gərgin keçən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu matçdan sonra “Real Madrid” 53 xalla turnir cədvəlinin lideridir. “Selta Viqo” isə 21 xalla 17-ci yerdə qərarlaşıb.

Azvision.az


Teqlər: “RealMadrid”  





Xəbər lenti