Cüdoçularımızdan Avropa kubokunda uğurlu nəticə

Cüdoçularımızdan Avropa kubokunda uğurlu nəticə
  17 Fevral 2020    Oxunub:3003
İspaniyanın Fuenxirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb.
Azvision.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə millimiz hesabına daha üç medal yazdırıb.

Oğlanların mübarizəsində Nahid İsmayılov (73 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun turnirinin qızıl medalını qazanıb. Komandamızın digər üzvü Əlirza Şıxəlizadə (81 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Qızların yarışında isə Aytac Qardaşxanlı (57 kq) bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan cüdoçuları turnirdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Millimiz oğlanlar arasında medalların əyarına görə 1-ci yeri, ümumu komanda hesabında isə 2-ci yeri tutub.

Qeyd edək ki, İspaniyada 23 ölkədən 500 cüdoçu mübarizə aparıb.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti