Avropa kubokunda 7 cüdoçumuz mübarizəyə qoşuldu

  16 Fevral 2020    Oxunub : 2081
Avropa kubokunda 7 cüdoçumuz mübarizəyə qoşuldu
İspaniyanın Fuenxirola şəhərində Azərbaycanın yeniyetmə cüdoçularının da qatıldıqları Avropa kuboku turniri davam edir.
Azvision.az xəbər verir ki, turnirin ikinci yarış günündə oğlanlar arasında cüdoçularımızdan Nahid İsmayılov (73 kq), Əlirza Şıxəlizadə, Vüqar Talıbov (81 kq), Hüseyn Dadaşov (90 kq), Məhəmməd Məmmədzadə (90 kq) mübarizə aparırlar.

Qızların yarışında ölkəmizi Fidan Əlizadə və Aytac Qardaşxanlı (57 kq) təmsil edir.

Qeyd edək ki, cüdoçularımız Avropa kuboku turnirinin birinci günündə uğurla çıxış edərək 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc olmaqla, ümumilikdə, 6 medal qazanıblar. Belə ki, Sahib Babayev (50 kq) qızıl, İslam Rəhimov (50 kq), Samir Piriyev (55 kq) və Səbinə Əliyeva (48 kq) gümüş, Səbinə Qədirova (52 kq) və Qədir Hüseynov (55 kq) bürünc medala layiq görülüb.

Azərbaycan bu nəticə ilə komanda hesabında üçüncü yeri tutur. Avropa kuboku turnirinə fevralın 16-da yekun vurulacaq.

Azvision.az

Teqlər: Cüdo   Yarış