Cüdoçularımız Avropa kubokunun ilk günündə 6 medal qazanıb

  15 Fevral 2020    Oxunub : 2627
Cüdoçularımız Avropa kubokunun ilk günündə 6 medal qazanıb
Fevralın 15-də İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku start götürüb.
Azvision.az xəbər verir ki, yarışda cüdoçularımız uğurla çıxış edərək 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc olmaqla, ümumilikdə, 6 medal qazanıblar.

Qızıl medalı komandamızın aktivinə Sahib Babayev (50 kq) yazdırıb. İslam Rəhimov (50 kq), Samir Piriyev (55 kq) və Səbinə Əliyeva (48 kq) gümüş medal qazanıblar. Bürünc medallara isə Səbinə Qədirova (52 kq) və Qədir Hüseynov (55 kq) layiq görülüblər. Azərbaycan bu nəticə ilə komanda hesabında üçüncü yeri tutur.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək turnirdə 23 ölkədən 500-dən çox idmançı mübarizə aparır.

Azvision.az

Teqlər: Cüdo   Yarış