Bakıda Dünya Kubokuna start verilir
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.
Proqrama əsasən, bu gün saat 10:00-da tamblinq üzrə kişilərin, saat 10:50-də qadınların təsnifat yarışları başlanacaq. Saat 11:40-da isə batutçu kişi və qadınlar fərdi təsnifat yarışı start götürəcək. Saat 18:30-dan etibarən batutçu kişi və qadın sinxron cütlükləri arasında təsnifat mübarizəsi gerçəkləşəcək.
Azvision.az
Teqlər: Gimnastika Dünya-Kuboku