Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
  13 Fevral 2020    Oxunub:2558
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Murad Bazarov bürünc medal qazanıb.

Azərbaycan idmançısı debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün M.Bazarov fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqarıstanlı güləşçiyə vaxtından əvvəl qalib gəlib.

Finlandiya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin Olimpiya çempionu Avropa çempionatının bürünc medalına sahib olub.

Azvision.az



Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti