Stiven Kinq “Facebook”dan imtina etdi

Stiven Kinq “Facebook”dan imtina etdi
  01 Fevral 2020    Oxunub:2858
Məşhur amerikalı yazıçı Stiven Kinq siyasi reklamlarda yol verilən saxta məlumatların onu narahat etdiyinə görə “Facebook” səhifəsini siləcəyini söyləyib.
Azvision.az "RİA “Novosti"yə istinadən xəbər verir ki, bu barədə yazıçı “Twitter” hesabında yazıb.

““Facebook”u tərk edirəm. Siyasi reklamlarda yol verilən saxta məlumatlar məni narahat edir və “Facebook”un istifadəçilərin şəxsi məlumatlarını qoruyacağına əmin deyiləm”, - Stiven Kinq bildirib.

Qeyd edək ki, “Facebook”dakı 87 milyona qədər insanın şəxsi məlumatları “Cambridge Analyitica”ya ötürülüb. “Cambridge Analytica” isə bu iddianı təkzib edib. Konsaltinq firması yalnız 30 milyona qədər istifadəçinin məlumatlarından istifadə etmək üçün lisenziyaya malik olduğunu söyləyib.

Azvision.az


Teqlər: Facebook  





Xəbər lenti