Göygöldə ağır qəza: Ölən və yaralılar var - (Yenilənib)
Faktla bağlı araşdırma aparılır.
***
Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
Təfərrüatlar araşdırılır.
Azvision.az