“Baba” ləqəbli narkotacir və dəstəsi saxlanıldı

“Baba” ləqəbli narkotacir və dəstəsi saxlanıldı
  10 Yanvar 2020    Oxunub:3322
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan rayon sakini, 26 yaşlı Məmmədhüseyn Gülməmmədov və ona narkotik vasitəni gətirən taksi sürücüsü, Şabran rayon sakini 43 yaşlı Vaci Taciyev saxlanılıblar. Onlardan kibrit qutularında və kağız bükümlərdə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən vasitənin mənbəyi də müəyyən edilib. Davam etdirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul, Şabran rayon sakini, əvvəllər məhkum olunmuş “Baba” ləqəbli Balabək Babayev yaşadığı rayon ərazisində tutularaq Xızı RPŞ-nə gətirilib. Dindirilmə zamanı B.Babayev respublikanın şimal rayonlarında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xızı RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti