ABŞ Əsəddən əl çəkdi

ABŞ Əsəddən əl çəkdi
  18 Dekabr 2013    Oxunub:968
Çevriliş planından imtina edildi.
ABŞ Suriya prezidenti Bəşər Əsədi və onun ələvi müttəfiqlərini hakimiyyətdən devirmək planından müvəqqəti imtina edib. AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, ağ evin bu barədə qərarı Londonda “Suriyanın dostları”nın görüşündə suriyalı müxalifətçilərə çatdırılıb.

ABŞ-ın bu addımı onunla əsaslandırılır ki, Bəşər Əsədə qarşı mübarizədə Qərb ölkələri tərəfindən dəstəklənən üsyançılar yox, “Əl Qaidə”yə bağlı radikal qruplaşmalar qazanır.

Beləliklə Bəşər Əsədin devrilməsi yaxın bir neçə ay ərzində ABŞ və müttəfiqlərinin əsas hədəfləri siyahısından çıxarılıb.


Teqlər:





Xəbər lenti