Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
  16 Noyabr 2019    Oxunub:1751
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sifarişi ilə Zərdab rayonunda yaradılmış günərzi qayğı mərkəzində 3-12 yaş arasındakı 30-dan artıq sağlamlıq imkanları məhdud uşaq hərtərəfli qayğı ilə əhatə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, “Ümman” Sağlamlıq İmkanları Məhdud Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən yaradılmış mərkəzin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədinə xidmət edir. Mərkəzə cəlb olunan uşaqlar burada yataqla və gün ərzində 3 dəfə yeməklə təmin edilir, onlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər, o cümlədən maraqlı ekskursiyalar təşkil olunur.

Uşaqların valideynləri ilə hər həftə görüşlər keçirilir, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə əlaqədar zəruri kömək göstərilir. Müxtəlif dərnəklər vasitəsilə uşaqların bu və ya digər istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər aparılır.

Azvision.az



Teqlər: ƏƏSMN   Zərbad   Uşaq  





Xəbər lenti