Naxçıvanda pensiyalar vaxtından əvvəl verilib

  16 Noyabr 2019    Oxunub : 557
Naxçıvanda pensiyalar vaxtından əvvəl verilib
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üçün bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.
Azvision.az -ın məlumatına görə, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtından əvvəl ödənilib. Eyni zamanda, əmək pensiyasına çıxmış hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin pensiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq yenidən hesablanaraq artırılıb və onların müvafiq kart hesablarına köçürülüb.

Muxtar respublikada pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi ilə yanaşı, yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi də yüksək səviyyədə təşkil edilib. Son zamanlar muxtar respublikada pensiyaların poçt bölmələrindən alınması üçün edilən müraciətlərdə artım müşahidə olunub.

Azvision.az

Teqlər: Naxçıvan   Pensiya