Deputat nazirin “Fondpulu” qərarını alqışladı
M.Qasımlı AzVision.az-a açıqlamasında yeni nazirin bu addımını müsbət qiymətləndirdiyini deyib:
“Təhsil Nazirimizin bu addımını təqdir edirəm. Bununla belə hesab edirəm ki, məktəblərin saxlanılması üçün digər fondların da olmasına ehtiyac var. Məsələn, qardaş Türkiyədə hər il dərs ilinin başlanğıcında dövlət məktəblərində təhsil alanların valideynləri məktəb fonduna müəyyən məbləğdə vəsait köçürürlər. Xarici ölkələrin əksəriyyətində, o cümlədən qabaqcıl ölkələrdə də bəzi şəxslər, imkanlı adamlar məktəblərə yardım edirlər. Fikrimcə, biz məktəb-ailə, məktəb- valideyn əlaqələrinin gücləndirilməsi üçün çalışmalıyıq. Hər halda, cənab nazirin atdığı addımı müsbət qiymətləndirirəm”.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013–cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.
Nihadə Eyyubova