Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonu ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suya düşən şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.