Bakıda ağır yol qəzası - Ölən var

  09 Oktyabr 2019    Oxunub : 1957
Bakıda ağır yol qəzası - Ölən var
Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza   Maşın   Meyit