AMEA neft hasilatında yeni üsullar hazırlayır
İnstitutdan AzərTAc-a bildiriblər ki, Tədqiqatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant layihəsi çərçivəsində aparılır. İkiillik layihəyə 90 min manat məbləğində pul ayrılıb.
Layihənin rəhbəri, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev bildirib ki, tədqiqatçılar yataqlarda süzülmə və sıxışdırma prosesində əmələ gələn problemləri öyrənir, o cümlədən yüksək temperatur və təzyiqlərdə gil şişmələri, onların uyğun deformasiyası, mayelərdə özlülüklərdə və xüsusi çəkilərdə fərq, tektonik pozulmalar və digər amilləri təhlil edirlər. Məqsəd neftçıxarmanın tənzimlənməsi və intensivləşdirilməsi üçün effektiv metodlar işləyib hazırlamaq, qiymətləndirmək və riyazi modelləşdirməkdir.
Teqlər: