Şeyxin `ateist` dediyi Mustafa Sübhi kimdir?

Şeyxin `ateist` dediyi Mustafa Sübhi kimdir?
  09 Dekabr 2013    Oxunub:6357
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb.

Müraciətində A.Paşazadə Təzə Pir məscidinin əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsinin adının dəyişdirilməsini xahiş edib. Şeyx M.Sübhinin ateist olduğu üçün bu küçənin adı dəyişdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Maraqlıdır, şeyxin ateist dediyi Mustafa Sübhi kim olub?

Mustafa Sübhi Türkiyə Kommunist Partiyasının qurucusu və ilk sədri olub. O, 1883-cü ildə Giresunda dünyaya gəlib. İstanbulda Hüquq məktəbini bitirib və Fransada Siyasi Elmlər ixtisasında təhsil alıb.

Əhməd Fərid (Tək) tərəfindən nəşr olunan və Milli Məşrutə Firqəsinin təbliğatı ilə məşğul olan “İfham” qəzetində yazı işləri müdiri olaraq çalışıb.

O, 1914-cü ildə bir neçə dostuyla Rusiyaya qaçıb. 1917-ci ilin oktyabr çevrlişindən sonra Moskvaya gedib. Tatar-başqırd inqilabçıları ilə birlikdə “Yeni dünya” qəzetini nəşr edib.

Sübhi 1920-ci il oktyabrın 10-da Bakıda Türkiyə Kommunist Partiyasının (TKP) birinci Konqresində sosialistlərin birliyinə çalışıb. TKP bu konqresdə işlərinin çoxunu Anadoluda həyata keçirməyi qərara alıb. Sühbi 1920-ci dekabrın 28-də Bakıdan Qarsa gedib. Daha sonra Ankaraya gedərək, Musta Kamal Atatürklə görüşməyi planlaşdırıb. Qarsdan Ərzuruma tərəf yolda onları etirazçılar qarşıladığından Sübhini Ərzuruma buraxmayıblar.

Mustafa Sübhi dostları ilə Trabzona getmək məcburiyyətində qalır. O daha sonra qayıqla Qaradənizlə Batuma getməyi, orada da Bakıda qayıtmağı planlaşdırsa da bu baş tutmur. Trabzon yaxınlığında hücuma məruz qalan Mustafa Sübhi 1921-ci ildə dostları ilə birlikdə öldürülərək cəsədi cəsədləri dənizə atılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti