“İran hərbi əməliyyatlara birinci başlamayacaq” - Zərif

   “İran hərbi əməliyyatlara birinci başlamayacaq” -    Zərif
  23 Sentyabr 2019    Oxunub:5258
Müharibəni başlayan tərəf onu başa çatdıra bilməyəcək.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS televiziya kanalına verdiyi müsahibəsində deyib. Nazir bildirib ki, heç bir halda İran hərbi əməliyyatlara birinci başlamayacaq. Lakin siyasi hadisələrin təhlili onu göstərir ki, proses hərbi əməliyyatları yaxınlaşdırır.
M.C.Zərif müharibənin baş verməyəcəyindən əmin olmadığını bildirib. O qeyd edib ki, vəziyyət çox gərgindir. Amma bir məsələ aydındır ki, müharibəni başlayan tərəf onu uğurla başa çatdıran tərəf olmayacaq.

Xatırladaq ki, İranın Xarici İşlər naziri M.C.Zərif BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında iştirak edir. Bu gün Prezident Həsən Ruhani də Nyu-Yorka yola düşəcək. (AzərTAc)

Azvision.az



Teqlər: İran   Zərif   XİN   Müharibə  





Xəbər lenti