“Sərhədləri etibarlı qorunan ölkədə inkişaf olar” - Vasif Talıbov

  19 Sentyabr 2019    Oxunub : 901
“Sərhədləri etibarlı qorunan ölkədə inkişaf olar” - Vasif Talıbov
"Müstəqil Azərbaycan dövlətinin öz sərhədləri var. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da beynəlxalq hüquq normaları çərçivəsində tanınan 204 kilometrdən artıq dövlət sərhədimiz “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası tərəfindən mühafizə olunur".
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib.

Ali Məclisin sədri bildirib ki, sərhədin qorunması vacib amildir: "Sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik olar".

Qeyd edək ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.







Anar Kəlbiyev
Azvision.az

Teqlər: Naxçıvan   Sərhəd