Mahir Emrelinin evini qarət edənlər tutuldu

Mahir Emrelinin evini qarət edənlər tutuldu
  18 Sentyabr 2019    Oxunub:2957
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Azvision.az -a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Bildirilib ki, əməliyyat nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov saxlanılıblar. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Azvision.az



Teqlər: Mahir-Emreli   Oğurluq  





Xəbər lenti