Saakaşvili: Rusiya Ukraynanı işğal etmək istəyir

Saakaşvili: Rusiya Ukraynanı işğal etmək istəyir
  07 Dekabr 2013    Oxunub:1011
“Bu gün Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Rusiya Avropanın mərkəzində yerləşən ölkəni işğal etmək istəyir”. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın “Udar” partiyasının lideri Vitali Kliçko və Moldovanın eks baş naziri Vlad Filatla Maydandakı kafelərin birində görüşən Gürcüstanın eks prezidenti Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, Moldova ilə Gürcüstan Ukraynanın daxili işlərinə qarışmır, ancaq bilir ki, Ukraynanın Avropaya doğru getməkdən başqa yolu yoxdur.

Bu informasiyanı “Udar” partiyasının saytı yayıb.

Xatırladaq ki, Mixail Saakaşvilinin Maydanda çıxışı gözlənilir.


Teqlər:  





Xəbər lenti