Ukrayna Gömrük İttifaqına qoşulur

Ukrayna Gömrük İttifaqına qoşulur
  07 Dekabr 2013    Oxunub:979
Viktor Yanukoviç və Vladimir Putin Ukraynanın Gömrük İttifaqına üzv olması barədə razılıq əldə ediblər.
AzVision.az “The Economist” jurnalının redaktoru Edvard Lukasa istinadən xəbər verir ki, Soçidə danışıqlar aparan Viktor Yanukoviç və Vladimir Putin Ukraynanın Gömrük İttifaqına üzv olması barədə razılıq əldə ediblər.

Edvard Lukas, Moskvadakı etibarlı mənbələrindən aldığı məlumatlara əsasən iddia edir ki, Ukrayna Gömrük İttifaqına üzvlüyü qarşılığında Putindən 15 milyard dollar vəsait alacaq. Lukasın sözlərinə görə, Ukrayna Gömrük İttifaqına rəsmi şəkildə 2015-ci ildə keçiriləcək prezident seçkilərindən sonra qoşulacaq. Hələlik jurnalistin bu iddialarına nə Rusiya, nə də Ukrayna rəsmləri münasibət bildirməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti