DMX-nin Çağrı mərkəzinə 10235 zəng daxil olub

  06 Sentyabr 2019    Oxunub : 1043
DMX-nin Çağrı mərkəzinə 10235 zəng daxil olub
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919-Çağrı mərkəzinə avqust ayında 10 min 235 zəng daxil olub.
DMX-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 9167-si Azərbaycan dilində, 923-ü rus dilində, 145-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2284-ü müvəqqəti yaşama icazəsi, 1502-si vətəndaşlıq məsələləri, 1221-i olduğu yer üzrə qeydiyyat, 567-si daimi yaşama icazəsi, 462-si iş icazələri, 386-sı inzibati xəta, 3813-ü digər məsələlərlə əlaqədar olub.

Azvision.az

Teqlər: DMX   Miqrasiya-Xidməti