Nazirlərin Qarabağ müzakirəsi bu otaqda keçiriləcək - FOTO

Nazirlərin Qarabağ müzakirəsi bu otaqda keçiriləcək - FOTO
  04 Dekabr 2013    Oxunub:988
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü barədə məlumat yayıb.

AzVision.az xəbər verir ki, həmsdər“Twitter” səhifəsində görüşün keçiriləcəyi otağın şəklini paylaşıb.

Amerikalı həmsədrin “Twitter” səhifəsində görüş barədə yazdığını təqdim edirik:

“ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri bu otaqda görüşəcəklər. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını müzakirə edəcəklər”.

Qeyd edək ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-də Kiyevdə keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşəcək .

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti