Azərbaycan Qran-prisi: "Mercedes" pilotu birinci olub

      Azərbaycan Qran-prisi:    "Mercedes" pilotu birinci olub
  14 Sentyabr 2024    Oxunub:1616
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
Ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib. "Ferrari"dən Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris üçüncüdür.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə Şarl Lekler fərqləniblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti