“Hizbullah”ın ikinci adamı öldürüldü

“Hizbullah”ın ikinci adamı öldürüldü
  04 Dekabr 2013    Oxunub:1061
Lakisinin üzərində 5 güllə izi aşkarlanıb
AzVision.az ərəb KİV-lərinə istinadən xəbər verir ki, bü gun səhər saatlarında Livanın paytaxtı Beyrut şəhərində “Hizbullah” təşkilatının xüsusi xidmət orqanının rəhbəri Həsən əl-Lakisa öldürülüb. Öz evinin qarşısında öldürülən Lakisinin üzərində 5 güllə izi aşkarlanıb. Hadisə ilə bağlı bəyənartla çıxış edən “Hizbullah” təşkiları əl-Lakisinin İslam müqavimət hərəkatının əsas simalarından olduğunu və “işıqlı şəhidlər karvanına” qoşulduğunu bildiriblər.

Təşkilat əvvəlcə onun ölümündə İsraili ittiham etsə də rəsmi Təl-Əviv bunu təkzib edib. Daha sonra isə qədər də məşhur olmayan Əhrar əs-sünnə əl-Baalbek qruplaşması qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, Həsən əl-Lakis 2008-ci ilin fevralında Dəməşqdə İsrail xüsusi xidmət orqanları tərəfindən öldürülən İmad Muqniyənin yerinə təyin edilmişdi. Övladını 2006-cı ildəki İsrail-Livan müharibəsində itirən Həsən əl-Lakis “Hizbullah” döyüşçülərinin Bəşər Əsəd hakimiyyətinin qorunması üçün Suriyaya göndərilməsində böyük rol oynayıb. O, Həsən Nəsrullahdan sonra ikinci şəxs sayılırdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti