Rezidenturaya qəbul bu gün başa çatır

Rezidenturaya qəbul bu gün başa çatır
  08 Avqust 2019    Oxunub:1604
Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər avqustun 8-i saat 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə, Mərkəzə (ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) şəxsən müraciət edə bilərlər. Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı isə avqustun 9-da aparılacaq.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti