SOCAR 6 ayda 27 quyu qazıb
Qeyd edək ki, yanvar-iyun aylarında SOCAR-ın istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilib, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılıb, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Hesabat dövründə SOCAR üzrə 81,9 min metrə yaxın qazma işi aparılıb ki, bu da illik müqayisədə 2,4% artım deməkdir.
Azvision.az
Teqlər: SOCAR