Bu günədək 3,1 milyon ton taxıl yığılıb

Bu günədək 3,1 milyon ton taxıl yığılıb
  23 İyul 2019    Oxunub:1781
Respublika ərazisində taxıl biçini davam edir. İyulun 22-nə olan operativ məlumata görə, ölkə ərazisində 991792,3 hektar ərazidə taxıl biçini aparılıb, 337740 hektar ərazidə arpa, 654052,3 hektar ərazidə buğda biçini başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu günədək cəmi taxıl sahələrinin 97,6 faizi biçilib. Ümumilikdə, bu günədək ölkə üzrə 3116469 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir.

Abşeron, Ağdam, Ağdaş, Ağsu, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay, Qəbələ, Siyəzən və Neftçalada taxıl biçini başa çatıb. Qobustan, Xaçmaz, Qusar, Oğuz və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahənin 9262 hektarı artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin 20113 hektarı artıq biçilib.

Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə artıq biçilib, buğda əkilmiş 19223 hektar sahənin 19114 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,8 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında, Şəmkir, Quba və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.

Azvision.az


Teqlər: Taxıl   Buğda   KTN  





Xəbər lenti