Naxçıvanda 4224 nəfərə məcburi sığorta ödənilib

Naxçıvanda 4224 nəfərə məcburi sığorta ödənilib
  23 İyul 2019    Oxunub:1729
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən cari ilin 6 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən, sığortaolunanlara məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib.
Azvision.az -ın məlumatına görə, muxtar respublika üzrə 4224 nəfər sığortaolunana Fondun yerli orqanları tərəfindən məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib. Bunlardan 336 nəfər sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 586 nəfər sığortaolunana hamiləliyə və doğuma görə, 1909 nəfər sığortaolunana uşağın anadan olmasına, 1354 nəfər sığortaolunana isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət ödənilib. Eyni zamanda vəfat edən 39 nəfər sığortaolunanı dəfn etməyi öhdəsinə götürən şəxsə isə dəfn üçün müavinət ödənilib.

Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunan haqq-hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti ilə, eləcə də muxtar respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri vasitəsilə ünvanlarında ödənilib.

Azvision.az


Teqlər: Naxçıvan   DSMF  





Xəbər lenti