Olimpiya Festivalında internet və rabitə problemi olmayacaq

 Olimpiya Festivalında internet və rabitə problemi olmayacaq
  20 İyul 2019    Oxunub:2602
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 21-27 iyul tarixlərində Bakı şəhərində keçiriləcək “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qurumdan Azvision.az -a verilən məlumata görə, oyunların keçiriləcəyi məkanlar keyfiyyətli və fasiləsiz telekommunikasiya, internet, mobil yayım və poçt xidmətləri ilə təmin edilib. Yarışların təşkil olunacağı məkanlara müvafiq EATS-lərdən fiber-optik kabellər çəkilib. İstifadəçilərin tələblərinə uyğun olaraq radiotezliklərin ayrılması və həmin radiotezliklərin maneəsiz işini təmin etmək məqsədilə ilkin radiomonitorinq həyata keçirilib.

Yarışlar zamanı 4 ədəd mobil radiopelenqasiya stansiyası Bakı şəhəri üzrə radiomonitorinq işləri aparacaq. Ölkəmizə gələcək turistlərin daşınması üçün Təşkilat Komitəsi ilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC tərəfindən 120 avtonəqliyyat vasitəsi və 270 sürücü ayrılıb. Hava limanı önünə dislokasiya edilən “London TX-4” taksilərinin sayı artırılaraq yarışı izləmək üçün ölkəmizə gələcək turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib. “Bakı Taksi Xidməti” MMC tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşən öhdəliklərin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.

Azvision.az


Teqlər: NRYTN  





Xəbər lenti