Köçkünlər üçün salınan qəsəbə telefonlaşdırıldı
Qəsəbədə 227 ədəd rabitə dirəkləri basdırılıb, 60 ədəd kabel meydançası və 60 ədəd abonent qutusu, eyni zamanda 600 metr uzunluğunda qazıntı işləri aparılaraq 2 kanallı kabel-kanalizasiya qurğusu tikilib istifadəyə verilib.
3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırılıb. Yeni abunəçilərin internetə qoşulması üçün müasir avadanlıq istismara verilib. Bununla da, qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.
Bundan sonra da telefonlaşmayan ərazilərdə bu kimi layihələrin həyata keçirilməsi istiqamətində planlı işlər davam etdiriləcək.
Azvision.az