Beş ayda idxal 20,4 faiz artıb
Qeyd olunub ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14074,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8240,0 milyon dollar, idxalın dəyəri 5834,2 milyon dollar təşkil etmiş, nəticədə 2405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxal 51,3 faiz, ixrac 0,1 faiz artıb.
Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxal 20,4 faiz, ixrac 0,4 faiz artıb.
Azvision.az