Nazirlikdə 3 mindən çox vətəndaş qəbul olunub

  10 İyul 2019    Oxunub : 619
Nazirlikdə 3 mindən çox vətəndaş qəbul olunub
Bu ilin ilk yarısında vergi orqanlarının aidiyyəti struktur bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 3 min 513 vətəndaş qəbul olunub.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a verilən məlumata görə, qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ildə respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, Vergilər naziri və onun müavinləri tərəfindən 6 rayonda vətəndaşların səyyar qəbulu keçirilib və həmin qəbullarda 42 rayondan olan vətəndaşlar iştirak ediblər.

Azvision.az

Teqlər: Vergi