“Bəzi peşə məktəblərində hələ də məcburi köçkünlər qalır” - Nazir müavini

  “Bəzi peşə məktəblərində hələ də məcburi köçkünlər qalır” -    Nazir müavini
  05 İyul 2019    Oxunub:2166
“Peşə təhsili sahəsində işlərin bir çox hissəsini görmüşük, lakin bunun effektini bir qədər gec hiss edəcəyik”

Bunu Azvision.az -a açıqlamasında təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, peşə təhsili əmək bazarına daha yaxın olan təhsil pilləsidir:
“Əmək bazarında elə peşələr var ki, onlara ehtiyac duyulur. Peşə təhsili sistemi buna hazır və çevik olmalıdır. Bunun üçün ilk növbədə infrastruktur, normativ hüquqi baza formalaşmalıdır. Müəllim-pedoqoji heyətin potensialı gücləndirilməlidir. Bu işlərin əksər hissəsini görmüşük. Lakin bunun effektini bir qədər gec hiss edəcəyik”.

Bəzi peşə təhsili müəssisələrində hələ də məcburi köçkünlərin qaldığını deyən nazir müavini qeyd edib ki, onlar yerləşdirildikdən sonra həmin müssisələrdə infrastukturun yenilənməsi prosesi başlayacaq: “Düşünürəm ki, proses yavaş-yavaş yekunlaşacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: İdris-İsayev   Peşə   Məktəb   Təhsil  





Xəbər lenti