50 min manat mükafat verilən idmançılar - FOTOLAR

  50 min manat mükafat verilən idmançılar -    FOTOLAR
  05 İyul 2019    Oxunub:9874
Xəbər verdiyimiz kimi, iyulun 4-də Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların məbləğinin müəyyən edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat məbləğində mükafat müəyyən edilib. Bundan başqa, milli komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.

Azvision.az -ın məlumatına görə, "Minsk-2019"da qızıl medal qazanan 5 idmançıya 50 min manat mükafat veriləcək. Onlar boksçu Loren Alfonso Domigez, güləşçilər Hacı Əliyev, Mahir Əmiraslanov və Mariya Stadnik, karateçi Asiman Qurbanlıdır.

Qeyd edək ki, II Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılar 5 qızıl, 10 gümüş və 13 bürünc medal qazanıblar. Azərbaycan yığması bu nəticə ilə "Minsk 2019"u 10-cu pillədə başa vurub.

4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi Rusiya yenə birinciliyi qoruyub. İkinci yeri meydan sahibləri tutublar. Ukrayna isə üçüncü pillədə qərarlaşıb.

Azərbaycana qızıl medal qazandıran idmançılar:


(Hacı Əliyev - Güləş)


(Mahir Əmiraslanov - Güləş)


(Mariya Stadnik - Güləş)


(Asiman Qurbanlı - karate)

(Loren Alfonso Domigez - Boks)

Azvision.az


Teqlər: Mükafat   İdman   Pul  





Xəbər lenti