Tramp Putini təriflədi: “Əla oğlandır”

  29 İyun 2019    Oxunub : 1535
Tramp Putini təriflədi: “Əla oğlandır”
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Valdimir Putini "əla oğlan" adlandırıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Putinlə Yaponiyanın Osaka şəhərində keçirilən görüşü barədə danışarkən deyib.
“Rusiya və ABŞ kimi iki böyük ölkə arasında ticarət olmalıdır. Dünən əla görüş oldu. Putin qeyri-adi insandır”, - deyə Tramp bildirib.

Rusiyanın XİN rəhbəri Sergey Lavrov isə deyib ki, tərəflər iqtisadi, strateji sabitlik mövzularında müzakirələr aparmaq üçün təşəbbüs göstəriblər.

Prezidentlər Suriya, İran, Venesuela, Ukrayna ətrafındakı vəziyyəti də müzakirə ediblər, Türkiyə və Çinlə bağlı məsələləri qaldırıblar. Həmçinin, silahlanma üzərində nəzarətin müasir modeli üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp   Putin