İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Senatın üzvlüyündən çıxarılıb. 192 senator bu qərarın lehinə səs verib, 113 nəfər əleyhinə çıxıb. Buna səbəb Berluskoninin yol verdiyi maliyyə maxinasiyaları və vəzifəsindən sui-istifadə hallarıdır.
Beləliklə də, 77 yaşlı siyasətçinin Senatdakı 20 illik fəaliyyəti başa çatıb. Belə görünür ki, “İrəli, İtaliya” partiyasının liderinin ümumiyyətlə, siyasi karyerası yekunlaşmaq üzrədir. Ona görə də, Berluskoninin keçsiyi siyasi yolun əsas məqamlarını fotolarla xatırlıamağa dəyər.