İranlı deputat Azərbaycan mediasını ittiham etdi

“Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılmalıdır”- deyən deputat buna səbəb kimi Bakıda fəaliyyət göstərən KİV-in İranın daxili işlərinə qarışdığını göstərib.
“Bu KİV-lər öz siyasi və qərəzli məqsədləri üçün əsasən “Traktor” futbol komandasından sui-istifadə edirlər. Halbuki təbrizlilər bütün həmvətənlərini sevirlər və bu duyğu İranda qarşılıqlıdır”- o bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan Respublikası öz mediasına nəzarət etməlidir. Çünki belə davam edərsə, bu, Azərbaycana baha başa gələ bilər”
Xatırladaq ki, fevralın 26-da Təbrizdə “Traktor” komandası ilə BƏƏ-nin “Əl-Cəzirə” klubu arasında keçirilmiş görüşdə “Traktor” azarkeşləri üzərində ingilis dilində “Güney Azərbaycan İran deyil” və “1992 Khojali Genocide” yazılmış plakatlar qaldırıblar.