Vasif Talıbov: “O ev mənim evim deyil”

Vasif Talıbov:  “O ev mənim evim deyil”
  11 Mart 2013    Oxunub:2191
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov haqqında gedən məlumatları təkzib edib, onları yanlış adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə V.Talıbovun rəsmi Facebook səhifəsində məlumat verilib.
“Bәzi mәtbuat orqanlarında yer alan Şahbuz rayonunda, Batabat yaylağında yerləşən vә Cәnab Sәdr Vasif Talıbova mәxsus olduğu iddia edilәn binanın ötən şənbә yandırılması ilә bağlı olan informasiyalar tamamilә yalan vә әsassızdır. Yayılan xәbәrdә jurnalist qeyri-peşәkarlığı vә mәqsәdli yalan informasiya yaymaq istәyi açıq aydın görünür. Xәbәrlә bağlı iki mühim mәqamı diqqәtinizә çatdırmaq istәyirik. Bir - Batabat yaylağında yerlәşәn bina Cәnab Sәdr Vasif Talıbova mәxsus deyil o bina rәsmi qonaqlar üçün nәzәrdә tutulmuş qonaq evidir, iki - hәmin binada hәrhansı bir yanğın baş vermәyib.”



Teqlər:  





Xəbər lenti