Filippində ölənlərin sayı 5 mini ötdü

Filippində ölənlərin sayı 5 mini ötdü
  27 Noyabr 2013    Oxunub:1117
1700 filippinlinin aqibəti bəlli deyil.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Fillipin Milli Koordinasiya komitəsi 6-7 noyabr tarixlərində ölkənin mərkəzi hissəsində baş verən dağıdıcı Hayyan qasırğası nəticəsində həlak olanların sayını açıqlayıb. Rəsmi məlumata əsasən 5 min 5 yüz nəfərdən çox insan həyatını itirib. Komitənin rəsmi nümayəndəsi Renaldo Bolido təbii fəlakət nəticəsində daha 26 min filippinlinin yaralandığını, 1700 nəfərin isə itkin düşdüyünü bildirib.

Xatırladaq ki, Fillipin tarixində ən dağıdıcı qasırğa hesab edilən Hayyandan ümumilikdə 10 milyon sakin ziyan çəkib. Dövlət büdcəsi isə 10 milyard dollar itirib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti