Metropoliten rəsmi açıqlama verdi

Metropoliten rəsmi açıqlama verdi
  11 Mart 2013    Oxunub:1458
Bakı metropoliteni bu gün səhər saatlarında qatarların hərəkəti zamanı yaranmış problemlərlə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün səhər saat 8:18-də «Sahil» stansiyasından «28 May» stansiyası istiqamətində hərəkət edən qatarın əyləc sistemində nasazlıq yaranıb.
Nasazlıq baş verərkən, qatarın yüksək təhlükəsizlik tələblərini təmin edən ehtiyat əyləc sistemi işə düşüb.

Müvafiq tədbirlərin görülməsi məqsədilə, texniki qayda və tələblərə uyğun olaraq, həmin sahədə elektrik cərəyanının kəsilməsi zərurəti yaranıb, həmçinin sərnişinlər «28 May» stansiyasında dayandırılan qatardan çıxarılıb.
Hadisə nəticəsində yalnız bir qatar «Nizami» və «28 May» stansiyaları arasında tuneldə, digər qatarların hamısı stansiyalarda olub.
Saat 8:44 dəqiqədə qatardakı nasazlıq aradan qaldırılaraq, hərəkət bərpa olunub. Bəzi kütləvi informasiya vasitələrinin Bakı Metropoliteninə istinad etmədən yaydığı yanlış məlumatın əksinə olaraq, bildiririk ki, hadisə zamanı sərnişinlər heç bir xəsarət almayıb.
Həmçinin təcili tibbi yardımın çağırılmasına ehtiyac yaranmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti