“Münaqişələrdən daha çox xalqlar əziyyət çəkir” - ATƏT PA rəhbəri

   “Münaqişələrdən daha çox xalqlar əziyyət çəkir”  -    ATƏT PA rəhbəri
  12 İyun 2019    Oxunub:1629
"Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, dialoqun qurulması istiqamətində addımlar atır. Azərbaycanın bu səylərini dəstəkləyirik"
Azvision.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

O bildirib ki, dialoqun gücləndirilməsinə çalışmaq lazımdır: "Biz bu istiqamətdə işlər görürük. ATƏT dövlətlər arasında dialoqu təşviq edir. 47 üzv dövlət var, həmin dövlətlərin bəzilərində münaqişələr mövcuddur. Amma buna baxmayaraq, bir masa arxasında müzakirələr apara bilərik".

"Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür" - deyə G.Tsereteli vurğulayıb.

Azvision.az





Teqlər: GeorgiTsereteli   ATƏT  





Xəbər lenti