“Bütün sahələrdə vergi şəffaf olmalıdır” - Xəqani Abdullayev

  “Bütün sahələrdə vergi şəffaf olmalıdır” -    Xəqani Abdullayev
  12 İyun 2019    Oxunub:4259
"Bütün fəaliyyət sahələrində vergi şəffaflaşması olmalıdır"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib. Onun sözlərinə görə, vergidən yayınma halları ilə bağlı nazirlik öz tədbirlərini davam etdirir:

"Vergilər Nazirliyin mövqeyi ondan ibarətdir ki, bütün fəaliyyət sahələrində və ticarət obyektlərində dövriyyələrin şəffaflaşması baş verməlidir. Biz buna nəzarət edirik. Yaradılmış stimullar ona imkan verir ki, dövriyyələr daha çox könüllü formada şəffaflaşsın. Bu məsələlər tam nəzarətdədir".

X.Abdullayev qeyd edib ki, ixrac-idxal əməliyyatlarına nəzarətlə bağlı bir sıra tədbirlər görülür: "Xüsusi struktur bölmə var. Hər hansı yenilik olduqca məlumat verəciyik".

Aytən Zəhra
Azvision.az



Teqlər: XəqaniAbdullayev   Vergilər-Nazirliyi  





Xəbər lenti